Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçiriləcək

12 Dekabr, 2025 - 11:04
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçiriləcək

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə dekabrın 20–21-də Xaçmaz rayonunda V Şəbəkələşmə Forumu keçiriləcək.

Bu barədə "Azərbaycan müəllimi"nə AGMA-dan məlumat verilib.

Bildirilib ki, iki gün davam edəcək forumda gənc müəllimlər üçün aşağıda qeyd olunan mövzularda sessiyalar təşkil olunacaq:

– İstedadlı uşaqlarla işin təşkili;

– Media savadlılığı;

– Maliyyə savadlılığı;

– Rəqəmsal savadlılıq;

– Süni intellektin tədrisdə tətbiqi.

V Şəbəkələşmə Forumunun əsas məqsədi gənc müəllimlər arasında qarşılıqlı əlaqəni gücləndirmək, onların peşəkar inkişafına dəstək olmaq və müasir tədris tələblərinə uyğun bilik və bacarıqlarını artırmaqdır. Forum müəllimlərə həm nəzəri, həm də praktiki təcrübə qazanmaq imkanı yaradaraq onların təhsildə yenilikçi yanaşmalarla tanış olmasına şərait yaradacaq.