Quba-Xaçmaz regionlarında bağça müəllimləri axtarılır - VAKANSİYA

10 İyun, 2026 - 10:40
Quba-Xaçmaz regionlarında bağça müəllimləri axtarılır
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqənin test mərhələsində 40 bal və daha yuxarı nəticə göstərmiş namizədlər 10 iyun 2026-cı il tarixindən 19 iyun 2026-cı il tarixinədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://l24.im/JevNt
Qeydiyyat başa çatdıqdan sonra müsabiqənin müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcək.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra müvafiq keçid balını toplamış bütün namizədlər müsahibəyə dəvət ediləcək. Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunur. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil edilir.
Qeyd edək ki, müsahibəyə dəvət olunan namizəd şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməlidir. Diplom üzrə ixtisasının müraciət etdiyi vəzifəyə uyğunluğu yoxlanılır və hər hansı məlumat uyğun gəlmədiyi təqdirdə namizədlə müsahibə keçirilmir.
Vakant yerlərin siyahısı: https://l24.im/P7cJSXl
Quba-Xaçmaz regionlarında bağça müəllimləri axtarılır