Gəncə-Daşkəsən bölgəsinin şagirdləri üçün PISA qiymətləndirməsi keçirilib
07–13 yanvar 2026-cı il tarixlərində Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 5 şəhər/rayon üzrə 16 ümumtəhsil müəssisəsinin 15 yaşlı şagirdlərinin iştirakı ilə PISA qiymətləndirməsi keçirilib.
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qiymətləndirmə prosesində Gəncə və Naftalan şəhərləri, Samux, Göygöl və Goranboy rayonları üzrə ümumilikdə 16 ümumtəhsil müəssisəsindən 771 şagird iştirak edib.



