Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 İyun, 2025 - 16:41

18 iyun 2025-ci il tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə təşkil olunmuş imtahan prosesini yerində izləyib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumilikdə 1682 nəfər müəllim imtahanlarda iştirak üçün qeydiyyatdan keçib. Beş gün davam edəcək prosesdə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlərlə yanaşı, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dillər üzrə (ingilis, rus, alman, fransız və s.) təhsilverənlər də iştirak edəcəklər.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır. Bu proses təhsilin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin bilik-bacarıqlarının daha da təkmilləşdirilməsinə xidmət edir.