Gəncə Tibb Kollecinin direktoru vəzifəsindən azad edilib

4 Dekabr, 2024 - 19:15

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev tutduğu vəzifədən azad edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, o, işində verdiyi nöqsanlara görə işdən çıxarılıb. 

Mehman Rzayev 2014-cü ildən Gəncə Tibb Kollecinə rəhbərlik edirdi.

Qeyd edək ki, bu gün Gəncə Dövlət Regional Kollecinin direktoru İlqar Kubışov da vəzifəsindən azad edilib. Məlumatı APA İnformasiya Agentliyi yaymışdı.