Şəmkir liseyinin məzunu Uhan Universitetinə  qəbul olub 

7 Sentyabr, 2026 - 15:20
Şəmkir liseyinin məzunu Uhan Universitetinə  qəbul olub 

Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin 2026-cı il məzunu olan Alparslan Cahangir Çinin  ən qabaqcıl ali təhsil ocaqlarından biri hesab olunan Uhan Universitetinə qəbul olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, o qlobal miqyasda böyük perspektivlər vəd edən "Beynəlxalq iqtisadiyyat və ticarət" (International Economics and Trade) ixtisası üzrə bakalavriaturada  təhsil alacaq.

Alparslan Cahangir hələ 5 il əvvəl adıçəkilən liseyə qəbul olarkən öz parlaq gələcəyinin təməlini atmışdı. O, ötən illər ərzində nümayiş etdirdiyi yüksək intellekti və çalışqanlığı ilə bu gün qazandığı böyük uğura addım-addım irəliləyib. Alparslan yalnız dərsləri ilə kifayətlənməyib, həm də öz "YouTube" kanalı vasitəsilə maraqlı kontentlər hazırlayaraq hələ kiçik yaşlarından rəqəmsal dünyada da aktivlik göstərib.

Beynəlxalq arenada rəqabət apara biləcək bilik səviyyəsini sübut edən gəncimiz çətin imtahanlardan yüksək göstəricilər əldə edib. Alparslan beynəlxalq SAT imtahanından 1330 bal, IELTS-dən 6.5, Duolingo-dan 115 bal və CSCA riyaziyyat imtahanından 80 xal toplayıb. O, bu yüksək nəticələrlə yanaşı, həmçinin Uhan Universitetinin daxili qəbul imtahanlarında da uğur qazanaraq orada oxumaq hüququ qazanıb.

Şəmkir liseyinin məzunu Uhan Universitetinə  qəbul olub