Şəhid qızı Azərbaycan çempionu oldu
Bakıda keçirilən ölkə birinciliyi və çempionatında Göygöl şəhər 6 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Dərya Hüseynova uğurla çıxış edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 30 kiloqram çəki dərəcəsində mübarizə aparan Göygöl rayon İrəvan İdman Mərkəzinin idmançısı Dərya Hüseynova bütün rəqiblərinə qalib gələrək qızıl medala və Azərbaycan çempionu adına layiq görülüb.
Qeyd edək ki, Dərya Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elbrus Hüseynovun qızıdır.




