Şagirdlərin səhhətində problemin yaranma səbəbi araşdırılır - RTİ
Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin bir necə şagirdi zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Birləşmiş Xəstəxanaya yerləşdirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu gün 6 nömrəli tam orta ümumtəhsil məktəbdə dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.
Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.




