Gəncə liseyi medal sayına görə ölkə üçüncüsü olub
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey 2025–2026-cı tədris ilində Respublika fənn olimpiadalarında qazandığı medalların sayına görə ölkə üzrə üçüncü olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu il RF0-da lisey şagirdləri ümumilikdə 30 medal qazanıblar. Medallardan 5-i qızıl, 10-u gümüş, 15-i isə bürünc olub. Fənlər üzrə riyaziyyatdan 8, biologiyadan 6, kimyadan 6, informatikadan 5, fizikadan isə 5 medal əldə edilib.
Lisey şagirdləri buraxılış imtahanlarında da yüksək nəticə göstəriblər. Belə ki, 11-ci sinif şagirdi Duyğu Zeynallı 298.3 bal toplayaraq region birincisi olub. İmtahan verən 11-ci siniflərin ümumi orta balı isə 265 bal təşkil edib.
Beynəlxalq olimpiadalarda da uğur qazanan lisey şagirdləri bu il Özbəkistanda keçirilən İbn Sina ( Avicenna) adına II Beynəlxalq Biologiya Olimpiadasında 1 gümüş, 1 bürünc, Rusiyada keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında 1 bürünc medal əldə ediblər.
Bundan başqa, bu ilin iyul ayında Özbəkistanda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında Azərbaycanı təmsil edəcək 4 nəfərlik milli komandanın 2 üzvü Gəncə FRİTL şagirdi olacaq.
-
GültəkinHər iki uşağım bu liseydə təhsil alır.onları şanslı sayıram.Başda Rəşad müəllim olmaqla bütün müəlimlərə sonsuz təşəkkürümü bildirirəm.5 gün əvvəlCavablaLike (0) -
BəhrəmBu cür uğurlar göstərirki liseydə təlim və tərbiyə düzgün və yüksək səviyyədə qurulub. Digər məktəblər və liseylərdə bu liseyin uğur yolunu öyrənib işlərində tətbiq etsələr yaxşı olar. Bütün uğurlara görə liseyin direktoru Rəşad müəllim başda olmaqla bütün kollektivə təşəkkürümü bildirir və Respublika birincisi olmağı arzulayıram. Əməkdar müəllim Bəhrəm İmranov5 gün əvvəlCavablaLike (1) -
GünayRəşad müəllim başda olmaqla bütün Müəllim kollektivini təbrik edirəm. Həqiqətən də dövrün təhsil Qəhrəmanlarıdırlar.5 gün əvvəlCavablaLike (0) -
Nahide AbbasovaHer zaman secilen Fritl. Basda Resad muellim olmaqla butun Fritl muellim kollektivini ve ugur qazanan sagirdleri tebrik edirem.5 gün əvvəlCavablaLike (1)



