Gəncədə iki tələbə dəm qazından zəhərlənib

7 Yanvar, 2025 - 13:40
Gəncədə iki tələbə dəm qazından zəhərlənib
Gəncədə iki tələbə dəm qazından zəhərlənib

Gəncə şəhərinin Əhməd Cəmil küçəsindəki mənzildə kirayə yaşayan iki tələbə - 20 yaşlı Samirə Məcidova və 19 yaşlı Nigar Nərimanova dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılıb. 

Gənclər Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir.

Gəncə Dövlət Universitetindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, həkimlər ilkin müayinədən sonra onların vəziyyətini qənaətbəxş qiymətləndirərək evə buraxıblar.