Gimnastika yarışları başa çatıb
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən bədii gimnastika yarışları başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışlar Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə reallaşıb. İki gün davam edən yarışlarda ölkənin müxtəlif idman məktəblərini təmsil edən gənc gimnastlar bacarıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda mübarizə aparıblar.
Yarışlarda Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (Sumqayıt İOEUGİM), Gəncə Uşaq-Gənclər İdman Məktəbi (Gəncə UGİM), Şuşa Uşaq-Gənclər İdman Məktəbi (Şuşa UGİM), Zaqatala Uşaq-Gənclər İdman Məktəbi (Zaqatala UGİM), Bakı Gimnastika Məktəbi (BGM) və Respublika Kompleks İdman Məktəbini (RKİM) təmsil edən 60 gimnast mübarizə aparıb.
Yarışların ikinci günündə A və B qrupları üzrə gimnastlar çıxışlarını təqdim edib. İdmançıların çoxnövçülük proqramında nümayiş etdirdikləri nəticələrə əsasən qaliblər müəyyənləşib.
B qrupu üzrə 2015-ci il təvəllüdlü gimnastların çoxnövçülük yarışında:
1-ci yer – Alsu Abdullayeva (Şuşa UGİM);
2-ci yer – Gülçin Aslanova (Şuşa UGİM);
3-cü yer – Mələk Həsənbalayeva (RKİM).
B qrupu üzrə 2014-cü il təvəllüdlü gimnastların çoxnövçülük yarışında:
1-ci yer – Samirə Rzayeva (BGM);
2-ci yer – Aylin Cəfərova (BGM);
3-cü yer – Aysu Fəxrəddinova (RKİM).
B qrupu üzrə 2011-ci il təvəllüdlü gimnastların çoxnövçülük yarışında:
1-ci yer – Emina Əhmədova (RKİM);
2-ci yer – Selin Qasımlı (BGM);
3-cü yer – İlknur Hacıyeva (Zaqatala UGİM).
B qrupu üzrə 2013-cü il təvəllüdlü gimnastların çoxnövçülük yarışında:
1-ci yer – Leyla Məmmədova (RKİM);
2-ci yer – Məryəm Quliyeva (BGM);
3-cü yer – Lalə Babaza (RKİM).
A qrupu üzrə 2013-cü il təvəllüdlü gimnastların çoxnövçülük yarışında:
1-ci yer – Banu Quluzadə (RKİM);
2-ci yer – Leyla Babazadə (RKİM);
3-cü yer – Dərya Məmmədova (BGM).
A qrupu üzrə 2011-ci il təvəllüdlü gimnastların çoxnövçülük yarışında:
1-ci yer – Nur Sadıqova (RKİM);
2-ci yer – Zəhra Tahirova (BGM);
3-cü yer – Ayan Nəsirova (BGM).
Ümumilikdə, iki gün davam edən yarışlarda 30 məktəbli gimnast mükafatlandırılıb.
Beləliklə, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində bədii gimnastika üzrə yarışlar uğurla başa çatıb. Yarış iştirakçıları yüksək idman əzmi və bacarıqları ilə fərqlənərək, gənc gimnastların inkişafına mühüm töhfə veriblər.




