Göygöldə xəstəxanaya yerləşdirilən şagirdlərin hamısı evə buraxılıb - YENİLƏNİB

16 Fevral, 2026 - 14:32
Göygöldə xəstəxanaya yerləşdirilən şagirdlərin hamısı evə buraxılıb

"Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı özünü pis hiss edən şagirdlərin hamısı xəstəxanadan evə buraxılıb".

14:32

"Bu gün Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib". 

Bu barədə "Azərbaycan müəllimi"nə məktəbdən məlumat verilib. Bildirilib ki, dərhal şagirdlər xəstəxanaya çatdırılıblar: "Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır".