“Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib

2 Noyabr, 2026 - 16:26
“Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Güclü cəmiyyətin zərif simaları” layihəsinin yekun konfransı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransda layihə haqqında film nümayiş etdirilib, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə məlumat verilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qızların və qadınların təhsil, məşğulluq və inkişaf imkanlarının genişləndirilməsinin cəmiyyətin sosial-iqtisadi inkişafına xidmət etdiyini bildirib. O, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə həyata keçirilən layihənin qadınların bilik və bacarıqlarının inkişafına, potensiallarının üzə çıxarılmasına və cəmiyyət həyatında fəal iştirakına dəstək baxımından əhəmiyyətini vurğulayıb.

“Regional İnkişaf” İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva 2024–2026-cı illərdə layihə çərçivəsində regionlarda təşkil olunan görüş və tədbirlərdə 3 mindən çox qadın və qızın iştirak etdiyini bildirib. O, müxtəlif sahələrdə uğur qazanmış qadınların təcrübələrini bölüşməsinin iştirakçılar arasında əlaqələrin qurulmasına, şəxsi və peşəkar inkişaf imkanlarının öyrənilməsinə şərait yaratdığını qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Quliyeva layihənin qadınların və gənc qızların özünəinamının gücləndirilməsi, potensiallarının üzə çıxarılması məqsədilə həyata keçirildiyini bildirib. O, regionlarda görüşlərin böyük maraqla qarşılandığını, bəzi rayonlarda iştirak edə bilməyən qadınlar üçün tədbirlərin yenidən təşkil olunmasına dair müraciətlərin edildiyini diqqətə çatdırıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva təcrübəli qadınların bilik və bacarıqlarını gənc qızlarla bölüşməsinin onların inkişafına dəstək baxımından əhəmiyyətini vurğulayıb. O, layihənin qadınların cəmiyyətin inkişafındakı rolunun tanıdılmasına və uğurlu təcrübələrin gənc nəslə çatdırılmasına xidmət etdiyini bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin (TİF) sədr müavini Xanım Daşdəmirova layihə çərçivəsində keçirilən görüşlərin qadınların uğurları ilə yanaşı, qarşılaşdıqları çətinlikləri və gələcək arzularını bölüşməsinə imkan yaratdığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər qadınların özünəinamının gücləndirilməsində və qızların təhsil, peşə seçiminə ailə dəstəyinin göstərilməsində böyük rol oynayır.

ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova regionlarda keçirilən görüşlərdə gənclərin öyrənməyə və yeniliklərə böyük maraq göstərdiklərini, ekspertlərlə təcrübə mübadiləsinin onların motivasiyasının artmasına dəstək olduğunu bildirib. O, görüşlərdən sonra da bəzi iştirakçılarla əlaqələrin davam etdiyini və onların layihələri üzrə əməkdaşlıq imkanlarının yarandığını qeyd edib.

Qeyd edək ki, 2024-cü ildən həyata keçirilən layihənin məqsədi qızların və qadınların bilik və bacarıqlarını, liderlik keyfiyyətlərini və özünəinamını inkişaf etdirmək, onların cəmiyyət həyatında fəal iştirakını dəstəkləməkdir. Layihə çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında TEDx formatında keçirilən görüşlərdə öz sahəsində uğur qazanmış qadınlar həyat və peşəkar təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Konfransda layihənin ekspertləri mükafatlandırılıb. Tədbir bədii proqramla davam edib.