Gündüz İsmayılov: Dini təhsil məktəblərdə verilə bilməz 

15 Dekabr, 2025 - 10:39
Gündüz İsmayılov: Dini təhsil məktəblərdə verilə bilməz 

Dini tərbiyənin verilməsi vacibdir, amma dini təhsil məktəblərdə verilə bilməz. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə ehtiyac var.

G.İsmayılov Azərbaycanda, eləcə də digər ölkələrdə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəbin mühüm rol oynadığını xüsusi vurğulayıb:

“Təhsil dünyəvi xarakter daşıyır. Din yalnız şəriətdən ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var. Müəllim müəyyən məqamlarda dinlə bağlı danışmaq məcburiyyətində qala bilər. Lakin müəllimin dinlə bağlı danışdıqları din xadiminin dinlə bağlı danışdıqlarından fərqlənməlidir. İslamın prinsiplərindən danışırıq, amma məqsədlərindən danışmırıq. Məqsədlərindən danışsaq, dinu radikalizmdən uzaq ola bilərik”.