Həmkarlar ittifaqına necə üzv olmaq olar?

13 May, 2025 - 15:08
Həmkarlar ittifaqına necə üzv olmaq olar?

Son zamanlar təhsil qurumlarında, ümumtəhsil müəssisələrində  həmkarlar ittifaqına üzv olmaq istəyənlərin sayı artmaqdadır. Bəs həmkarlar ittifaqına üzv olmaq üçün nə etmək lazımdır?

“Azərbaycan müəllimi”nin bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən bildirilib ki, üzvlüyə qəbul və ya xaric olunma fərdi qaydada aparılır. Həmkarlar ittifaqına üzvlüyə qəbul könüllülük prinsipi və ərizə əsasında ilk həmkarlar ittifaqi təşkilatı tərəfindən həyata keçirilir. Üzvlüyə qeydiyyat  isə əsas iş və ya təhsil yerinin həmkarlar ittifaqı təşkilatında aparılır.

Həmkarlar ittifaqına necə üzv olmaq olar?
Həmkarlar ittifaqına necə üzv olmaq olar?