Həmyerlimiz Avropa Kubokunda uğur qazanıb

5 Avqust, 2025 - 12:33
Həmyerlimiz Avropa Kubokunda uğur qazanıb
Həmyerlimiz Avropa Kubokunda uğur qazanıb

2-3 avqust 2025-ci il tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində cüdo üzrə gənclər arasında keçirilən Avropa Kubokunda həmyerlimiz uğur qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Fərid Qarayev (60 kq) gümüş medalın sahibi olub.