“Heydər Əliyev - Azərbaycan elmi və təhsili” dərs vəsaitinin təqdimatı keçirilib

22 İyun, 2026 - 09:56
“Heydər Əliyev - Azərbaycan elmi və təhsili” dərs vəsaitinin təqdimatı keçirilib

Bakı Avrasiya Universitetində pedaqogika üzrə fəlsəfə doktoru, dosent Könül Faiq qızı Mahmudova və tarix üzrə fəlsəfə doktoru, dosent Sevil Şivəxan qızı Bəhrəmovanın həmmüəllifi olduqları “Heydər Əliyev - Azərbaycan elmi və təhsili” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. 

Tədbirdə BAAU-nun professor-müəllim və tələbə heyəti, Təhsil İnstitutu və ADPU-nun əməkdaşları, kitabın elmi redaktorları - filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq  Şahbazlı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əlyənnağı Məhərrəmov, dil üzrə redaktor Sevil Cavadova, ali təhsil müəssisələrinin alim və müəllimləri, universitet, ümumtəhsil müəssisələrinin əməkdaşları, tələbələr və digər qonaqlar iştirak etmişlər.
Təqdimat mərasimini Bakı Avrasiya Universitetinin Ümumi fənlər kafedrasının baş müəllimi Məleykə Adıgözəlova açaraq nəşrin elmi və pedaqoji əhəmiyyətindən danışıb.

Bakı Avrasiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, rektorun müşaviri Şəfahət Əliyev qeyd etmişdir ki, dərs vəsaiti Ümummilli Lider Heydər Əliyevin elm və təhsil siyasətinin öyrənilməsi, bu sahədə formalaşdırdığı strateji baxışların gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı çıxışında vəsaitin məzmunu, strukturu və elmi-metodiki üstünlükləri haqqında ətraflı məlumat vermişdir. O vurğulamışdır ki, nəşrdə Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafına verdiyi töhfələr sistemli şəkildə araşdırılmış, bu istiqamətdə həyata keçirilən siyasətin əsas məqamları elmi əsaslarla təqdim edib.

Bakı Avrasiya Universitetinin Elm və innovasiya sektorunun müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Vüsalə Həsənova universitetdə elmi fəaliyyətin təşviqi istiqamətində görülən işlərdən bəhs etmiş, belə nəşrlərin və təqdimatların akademik mühitin inkişafına mühüm töhfə verdiyini qeyd etmişdir. O, həmçinin həmmüəllif dosent Sevil Bəhrəmovanın universitetin elmi həyatındakı fəallığını, gənc tədqiqatçılara və kafedra əməkdaşlarına göstərdiyi dəstəyi xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən kitabın rəyçilərindən biri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əlyənnağı Məhərrəmov dərs vəsaitinin elmi və metodiki baxımdan əhəmiyyətini qeyd etmiş, onun gələcək müəllim kadrlarının hazırlanmasında faydalı mənbə olacağını bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri, biologiya elmləri doktoru, dosent, Əməkdar müəllim Anaxanım Yusifova isə çıxışında dosent Könül Mahmudovanın elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət vermiş, onun məsuliyyətli və peşəkar alim-pedaqoq kimi formalaşdığını, təhsil sahəsindəki xidmətlərinin böyük əhəmiyyət daşıdığını vurğulanıb.

ADPU-nun əməkdaşları dosent Səfərova Elnurə, dosent, Abdullayeva Təranə Ulu Öndər haqqında dərs vəsaitinin yazılmasının böyük məsuliyyət tələb etdiyini qeyd edib fəaliyyətlərinin davamlı olmalarını arzuladılar. 

Tədrisin təşkili departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natella Quliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Elmira Kekeç Məmmədova, İqtisadiyyat kafedrasının müdiri Vüsalə Nağıyeva, Nərimanov rayonu 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova, eləcə də filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Əsədova, Araz Şamilov, Cəmil Dadaşov, Anar Bəhrəmov, Samir Cəfərov və digər çıxışçılar müəlliflərin elmi-pedaqoji fəaliyyətindən, təhsil və metodika sahəsindəki xidmətlərindən bəhs etmiş, yeni nəşrin Azərbaycan təhsil ədəbiyyatına mühüm töhfə olduğunu bildiriblər.

Ümumi fənlər kafedrasının əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Jalə İsmayılova və müəllim İmmi Hüseynova da müəlliflərin elmi fəaliyyəti və şəxsi keyfiyyətləri haqqında xoş fikirlərini bölüşərək onların yeni yaradıcılıq uğurunu yüksək qiymətləndiriblər.

Tədbirin sonunda müəlliflər çıxış etmişlər. Dosent Sevil Bəhrəmova dərs vəsaitinin hazırlanması prosesi, mövzuların seçilməsi, təlim nəticələrinin, sual və tapşırıqların işlənməsi zamanı aparılan müzakirələr barədə məlumat vermişdir. O qeyd etmişdir ki, dosent Könül Mahmudova ilə əməkdaşlıqları uzun illərə söykənir. Müəlliflər daha əvvəl “Həyat bilgisi” fənni üzrə kurikulumun və dərsliklərin hazırlanmasında da birgə fəaliyyət göstərmiş, bu əməkdaşlıq uğurlu nəticələr verib. 

Həmmüəllif dosent Könül Mahmudova çıxışında vəsaitin hazırlanmasının böyük məsuliyyət tələb etdiyini qeyd etmiş, onun Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris olunan müvafiq fənnin proqramına uyğun hazırlandığını və tələbələr üçün etibarlı elmi-metodiki mənbə kimi nəzərdə tutulduğunu vurğulanıb. O, gələcəkdə də yeni elmi və metodiki nəşrlər üzərində işləyəcəklərini bildirmiş və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Sonda tədbirin moderatoru Məleykə Adıgözəlova müəllifləri təbrik etmiş, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Heydər Əliyev - Azərbaycan elmi və təhsili” dərs vəsaiti Ümummilli Lider Heydər Əliyevin elm və təhsil siyasətinin öyrənilməsi baxımından mühüm elmi-metodiki əhəmiyyətə malikdir. Nəşr ali təhsil müəssisələrinin tələbələri, magistrantları, doktorantları, müəllimləri və tədqiqatçıları üçün dəyərli mənbə olmaqla yanaşı, Azərbaycan təhsil tarixinin mühüm mərhələlərinin araşdırılmasına da töhfə verir. 

“Heydər Əliyev - Azərbaycan elmi və təhsili” dərs vəsaitinin təqdimatı keçirilib