"Hüquqşünaslıq" üzrə diplomu ən çox tanınmayan universitetlərin adı açıqlandı

7 Fevral, 2025 - 23:50
"Hüquqşünaslıq" üzrə diplomu ən çox tanınmayan universitetlərin adı açıqlandı
"Hüquqşünaslıq" üzrə diplomu ən çox tanınmayan universitetlərin adı açıqlandı

“Hüquqşünaslıq” üzrə peşə tanınması imtahanında ən uğursuz nəticə göstərən kvalifikasiya sahiblərinin məzun olduqları ali təhsil müəssisələrinin adları açıqlanıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib.

Həmin ali təhsil müəssisələri aşağıdakılardır:

Rusiya Federasiyası üzrə:

  • Cəzaların icrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası
  • Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası
  • Tolyatti Dövlət Universiteti
  • Dağıstan Dövlət Universiteti
  • Ümumrusiya Dövlət Ədliyyə Universiteti
  • Saratov Dövlət Hüquq Akademiyası

Ukrayna üzrə:

  • Xarkov Milli Daxili İşlər Universiteti
  • Regionlararası Heyətin İdarəolunması Akademiyası
  • T.Şevçenko adına Kiyev Milli Universiteti
  • Y.Mudrıy adına Milli Hüquq Universiteti
  • Milli Universitet “Odessa Hüquq Akademiyası”

Qeyd edək ki, Rusiya universitetlərində hüquq təhsili alanların 70 faizinin, Ukrayna universitetlərində oxuyanların isə 63 faizi peşə tanınması imtahanından keçə bilməyib.