İdman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ!
Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərini təqdim edib.
DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar. Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.
Ali təhsil üzrə
Komissiya kodu
İxtisasın adı
Müsabiqə şərti
61
Məşqçilik (idman növləri üzrə)
70 bal
62
Ümumi fiziki hazırlıq
Kütləvi sağlamlaşdırıcı idman
Adaptiv bədən tərbiyəsi
80 bal
63
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
80 bal
Tam orta təhsil üzrə
Komissiya kodu
İxtisasın adı
Müsabiqə şərti
6401
Fiziki tərbiyə müəllimliyi
50 bal
Ümumi orta təhsil üzrə
Komissiya kodu
İxtisasın adı
Müsabiqə şərti
152
Fiziki tərbiyə müəllimliyi
50 bal



