İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!
Bakalavriat səviyyəsinin “Məşqçilik” (61) ixtisasının idman növləri üzrə ixtisas imtahanında iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən idman növü üzrə müvafiq geyim və ya zəruri avadanlıqları (tələb varsa) gətirməlidirlər.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.



