İdmançımız Avropa çempionu oldu
Yunan-Roma güləşi üzrə U-17 yeniyetmələr arasında keçirilən Avropa birinciliyində idmançımız qələbə qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə U-17 Avropa çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin tərkibində fəaliyyət göstərən Sumqayıt şəhəri 1 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Rihad İbrahimli (110 kq) qələbə qazanaraq Avropa çempionu olub.


