“İdrak" liseyində insident – DİN detalları açıqladı
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:42
Bakıda yerləşən "İdrak" liseyində insident baş verib.
"Azərbaycan müəllimi" "Unikal"a istinadən xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.



