İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir
Mil-Muğan regionunda ilk dəfə olaraq, İmişli rayonunda Eldar İbrahimov adına 4 nömrəli tam orta məktəbin fəaliyyəti yalnız tam orta təhsil səviyyəsi üzrə təşkil edilir.
Bu barədə "Azərbaycan müəllimi"nə Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, artıq bu məktəbdə növbəti tədris ili üzrə 9-cu sinif şagirdlərinin 10-cu sinfə qəbulu prosesinə start verilib.
10-cu siniflərə şagird qəbulu iyulun 5-də başlayıb və avqustun 5-dək davam edəcək.
Bunun üçün valideyn (və ya qanuni nümayəndə, şagird) aşağıda verilmiş link vasitəsilə qeydiyyatdan keçərək sorğu göndərə bilər.
Qeyd edək ki, şagirdlər həmin məktəbdə ixtisas qrupları üzrə formalaşdırılacaq təmayül siniflərində təhsil alacaqlar. Bu, onların maraq və bacarıqlarına uyğun, seçdikləri ixtisas qrupu üzrə təhsil almasına imkan verəcək.



