İmişlidə qəzada yaralanan məktəbli xəstəxanada dünyasını dəyişib

22 Yanvar, 2025 - 11:12
İmişlidə qəzada yaralanan məktəbli xəstəxanada dünyasını dəyişib
İmişlidə qəzada yaralanan məktəbli xəstəxanada dünyasını dəyişib

Yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlı xəstəxanada dünyasını dəyişib.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının (qadın cinsli) həkimlərin çoxsaylı səyinə baxmayaraq, 22.01.2025-ci il tarixində saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.

Bildirilib ki, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdir. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı.