“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 İyun, 2025 - 13:29
“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir
“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

“İnanırıq ki, növbəti illərdə işğaldan azad olunmuş ərazilərdəki məktəblərimizin məzunlarının sayı daha da artacaq”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Hacıqabulda “Son zəng” tədbirlərində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib. 

Onun sözlərinə görə, bu il Şuşa, Xankəndi, Füzuli məktəblərinin də məzunları var:

“Ümumilikdə bütün məzunlara uğurlar arzulayıram. İnanıram ki, builki məzunlarımız həyatlarının növbəti mərhələsində Azərbaycanın inkişafına böyük töhfə verən insanlar olacaqlar”.