İnsan hüquqları ilə bağlı qanunvericilik aktlarının tətbiqinə dair təlim keçirilib

6 Fevral, 2026 - 16:56
İnsan hüquqları ilə bağlı qanunvericilik aktlarının tətbiqinə dair təlim keçirilib

Bu gün STEAM Mərkəzində “İnsan hüquqları sahəsində beynəlxalq, regional və milli qanunvericilik aktlarının tətbiqi” mövzusunda təlim keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Ombudsman Aparatının əməkdaşlarının keçirdiyi təlimlərdə ETN və tabe qurumların əməkdaşları iştirak ediblər. 

Tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hüquqi maarifləndirmə üçün Ombudsman Aparatının əməkdaşlarına təşəkkür edib. Öyrənmənin vacib olduğunu vurğulayan Aparat rəhbərinin sözlərinə görə, ötən illə müqayisədə bu il öyrədici tədbirlər daha çox təşkil ediləcək: "İnkişafa meyilli adam öyrənməyə daha həvəsli olur və  daha yaxşı öyrənir. Öyrənmək insanı gümrah saxlayır. Çalışırıq ki, öyrənmə üçün daha yaxşı şərait yaradaq". 

Tədbirin mövzusunun hər kəs üçün önəmli olduğunu deyən M.Kərimli qeyd edib ki, hər kəs insan hüquqlarına dair məlumatlı olmağa maraq göstərməlidir.

M.Kərimli təlim iştirakçılarına öyrənmə prosesində uğurlar arzulayıb.

Ombudsman Aparatının Əhali qruplarının hüquqları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Aynur Həmidova təlim iştirakçılarını salamlayıb. O, insan hüquqları təhsili sahəsində çalışan dövlət qulluqçularının məlumatlarının daim artırmasının vacibliyinə diqqət çəkib. Eyni zamanda, onların biliklərini gündəlik fəaliyyətə tətbiq etməsini zəruri sayıb. O, təlimin qarşılıqlı fikir mübadiləsi üçün vacib platforma rolu oynayacagına inandığını deyib.

Tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və baş məşləhətçisi Aydan Talıbova "insan hüquqları" anlayışı, mahiyyəti, Azərbaycanda hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat veriblər. Azərbaycanın tərəfdar olduğu beynəlxalq müqavilələrdən, insan hüquqları sistemində mühüm yerlərdən birini tutan təhsil hüququnun təmini üzrə mövcud vəziyyətdən, qarşıda duran vəzifə və çətinliklərdən danışılıb.