İordaniya və BƏƏ ilə təhsil əməkdaşlığı müzakirə olunub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələrindən ibarət heyətin İordaniya Haşimilər Krallığına və Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində müvafiq ölkələrin aparıcı ali təhsil müəssisələri ilə görüşlər keçirilib.
Agentlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşlərdə ali təhsil sahəsində qlobal rəqabətqabiliyyətinin artırılması, universitetlər arasında akademik və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində bu ölkənin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Reytinq Komissiyası ilə də görüş keçirilib. Tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.


