İşğaldan azad edilmiş ərazilərdə 1899 nəfər təlim-tədrisə cəlb olunub

29 Oktyabr, 2024 - 13:54

“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi-məktəb, 4 məktəbəqədər təhsil müəssisəsi-bağça fəaliyyət göstərir”.

“Azerbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair bu gün təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla, ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.