İşğaldan azad olunmuş ərazilərdə 36 təhsil müəssisəsinin təmir-tikintisi yekunlaşıb

13 Mart, 2026 - 11:10
İşğaldan azad olunmuş ərazilərdə 36 təhsil müəssisəsinin təmir-tikintisi yekunlaşıb

İşğaldan azad olunmuş ərazilərdə Elm və Təhsil Nazirliyinin sifarişi və digər mənbələr hesabına 21 ümumi, 14 məktəbəqədər və 1 ali təhsil müəssisəsinin təmir-tikintisi yekunlaşdırılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə əlavə olaraq 7 təhsil müəssisəsində (3 ümumi, 2 peşə, 2 məktəbəqədər) təmir-tikinti işləri davam etdirilib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır. Bu müəssisələrdə 370 nəfər təhsilverən və 131 nəfər texniki işçi çalışır.

Eyni zamanda fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 270 uşaq təhsil alır, burada 25 nəfər təhsilverən və 58 nəfər texniki işçi fəaliyyət göstərir.