“İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilib

3 Dekabr, 2025 - 11:16

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Fəaliyyət Planına əsasən,  Xüsusi İstedadlı Uşaqlarla İş Mərkəzi tərəfindən “İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, təlimdə Bakı və regionlardan ümumilikdə 500-dən çox müəllim iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd müəllimlərdə xüsusi istedadlı uşaqların erkən yaşlarda aşkar olunması, onlarla düzgün işin təşkil olunması bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.