İT mütəxəssisi olmaq istəyən tələbələrin NƏZƏRİNƏ!

28 Oktyabr, 2026 - 10:34
İT mütəxəssisi olmaq istəyən tələbələrin

“IT SkillSprint” beynəlxalq səviyyəli intensiv İT təhsil proqramının ikinci dalğasına qeydiyyat başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqram müasir texnologiyalar üzrə biliklərini dərinləşdirmək, praktiki bacarıqlar qazanmaq və İT sahəsində karyeraya başlamaq istəyən Bakı və Sumqayıt universitetlərinin III kurs tələbələri üçün nəzərdə tutulub.

Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihə çərçivəsində tələbələr beş istiqamət üzrə təhsil ala biləcəklər: AI Engineering, Cybersecurity & AI, Data Science & AI, Software Development & AI, Cloud & Platform Engineering & AI.

Altı aylıq intensiv hibrid təhsil proqramı praktiki layihələri, peşəkar portfelin formalaşdırılmasını, hakatonları, meetupları və karyera tədbirlərini əhatə edir. İştirakçılar, həmçinin yerli və beynəlxalq İT şirkətləri ilə əməkdaşlıq imkanları əldə edəcək, “Ironhack” tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikatla təltif olunacaqlar.

Proqram müddətində tələbələrin universitet kreditləri tanınacaq və onlar digər fənlərdən azad olaraq təhsillərini İT istiqamətində davam etdirəcəklər.

Seçim prosesi test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Proqramın 22 fevral 2027-ci il tarixində başlaması nəzərdə tutulur.

Qeydiyyatdan keçmək istəyənlər bu linkə daxil ola bilərlər.