Kənan Kərimzadə Lənkəran-Astara regionunun məktəb direktorları ilə görüşüb

2 Aprel, 2026 - 19:03
Kənan Kərimzadə Lənkəran-Astara regionunun məktəb direktorları ilə görüşüb

Aprelin 2-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran rayonuna səfəri zamanı Lənkəran-Astara regionu üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən direktorlarla görüş keçirib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmalar, liderlik bacarıqlarının inkişafı və məktəbdaxili idarəetmənin effektiv təşkili məsələləri ətrafında geniş müzakirələr aparılıb.

 Kənan Kərimzadə çıxışında məktəb rəhbərlərinin təhsilin keyfiyyətinin yüksəldilməsində əsas aparıcı qüvvələrdən biri olduğunu qeyd edib, onların təşəbbüskarlığının, innovativ düşüncə tərzinin və dəyişikliklərə adaptasiya qabiliyyətinin vacibliyini vurğulayıb.

 Görüş çərçivəsində region məktəblərində tədrisin keyfiyyət göstəricilərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də məktəb-valideyn-ictimaiyyət əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və təşəbbüsləri dinlənilib.