Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyatın bitməsinə son 3 gün qalır
20 aprel tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şagirdlər http://kenquru-2025.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə iştirak könüllüdür və arzu edən şagirdlərin iştirakı üçün nəzərdə tutulub.
Qeydiyyatla bağlı yaranan çətinliklə əlaqədar aşağıdakı nömrələrlə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri: 0553848631 / 0503280532



