Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib

1 İyun, 2026 - 10:39
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib

II–X sinif şagirdləri arasında keçirilən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, mayın 30-da təşkil edilən müsabiqədə ölkənin müxtəlif bölgələrindən 3000-ə yaxın şagird iştirak edib. İmtahan üçün 6 şəhərdə 8 imtahan mərkəzi müəyyənləşdirilib.

Müsabiqədə şagirdlər öz riyaziyyat biliklərini və məntiqi düşünmə qabiliyyətlərini sınaqdan keçiriblər. Nəticələrin yaxın günlərdə elan olunması gözlənilir.

Qeyd edək ki, Kenquru Müsabiqəsi dünya üzrə geniş iştirakçı kütləsinə malik olub, şagirdlər arasında riyaziyyatın populyarlaşdırılmasına xidmət edən ən böyük intellektual yarışlardan biridir.

Müsabiqənin formatı beynəlxalq standartlar çərçivəsində müəyyənləşdirilib. İştirakçılar müxtəlif çətinlik dərəcəsinə malik qapalı tipli test tapşırıqlarını həll edərək yalnız nəzəri biliklərini deyil, həm də analitik düşünmə, problem həlletmə və yaradıcı yanaşma bacarıqlarını nümayiş etdiriblər.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçirilib