Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində ilk dərs günü

23 Yanvar, 2026 - 10:40
Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində ilk dərs günü

İşğaldan azad edildikdən sonra ilk dəfə Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində tədris prosesinə başlanılıb.
 
"Azərbaycan müıəllimi" xəbər verir ki, tədrisin ilk günündə Qarabağ Regional Təhsil İdarəsinin müdiri  Sənan Mənsimli məktəbdə olub, dərs prosesini izləyib. İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.

Məktəbdə yaradılmış maddi-texniki baza, tədris mühiti, siniflərin komplektləşdirilməsi və təlimin təşkili vəziyyəti diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, şagirdlərin təhlükəsizliyi, dərsə davamiyyəti və təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər müzakirə olunub.

 Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Xankəndi şəhər Kərkican qəsəbə 1 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib. Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb.