Kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb

10 İyul, 2025 - 11:10
Kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb

“Kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələri aşağıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb.

“Vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələrini biz hiss edirik”, - nazir əlavə edib.

Kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb
Kolleclərdə müəllimlik ixtisasları üzrə hazırlıq dayandırılıb