Kolleclərdə yaz imtahan sessiyası başlayıb

12 İyun, 2025 - 12:34
Kolleclərdə yaz imtahan sessiyası başlayıb

Ölkə üzrə orta ixtisas təhsil müəssisələrində yaz imtahan sessiyası başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, sessiyada ümumilikdə 62 270 tələbə iştirak edir, onlardan 42 615 tələbə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki kolleclərdə təhsil alır.

İmtahanlar ixtisaslardan asılı olaraq yazılı, şifahi və test formatında təşkil edilir. Tələbələrin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi məqsədilə kolleclərdə “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” fəaliyyət göstərir.

Bildirilib ki, imtahanların mövcud qaydalara uyğun təşkilini, şəffaflığını və tələbələr üçün əlverişli şəraitin yaradılmasını müşahidə etmək məqsədilə agentliyin məsul şəxsləri kolleclərdə imtahan prosesini mütəmadi izləyirlər. 