Kolleclərə qəbul olunanların qeydiyyatı bu tarixdə aparılacaq

3 Sentyabr, 2026 - 16:56
Kolleclərə qəbul olunanların qeydiyyatı bu tarixdə aparılacaq

Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16 244 nəfər qəbul olub. Nəticələrə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.

Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.

Bildirilib ki, qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.