Kolleclərə qəbulun nəticələri nə vaxt AÇIQLANACAQ?
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 3-9 avqust tarixlərində həyata keçirilib.
İxtisas seçimində iştirak edən namizədləri maraqlandıran əsas sual isə ixtisas seçiminin nəticələrinin nə vaxt açıqlanacağıdır.
"Azərbaycan müəllimi" xəbər verir ki, DİM-in məlumatına əsasən, ixtisas seçiminin nəticələri iki-üç gün ərzində elan olunur.




