Komandamız Avropa Universitet Oyunlarının dörddəbir finalına yüksəlib
15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında ölkəmizi Azərbaycan İdman Akademiyasının futbol komandası təmsil edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, komandamız qrup mərhələsində Norveç təmsilçisini 4:2 hesabı ilə məğlub edərək yarışın dörddəbir final mərhələsinə vəsiqə qazanıb.




