Komitə sədri: 700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyadan yararlanıb

7 Fevral, 2026 - 20:18
Komitə sədri: 700-dən çox təhsil işçisi yanvar ayında tur və ekskursiyadan yararlanıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700-dən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi "Facebook" səhifəsində yanvar ayına olan statistikanı açıqlayıb.

Paylaşımında A.Paşayev qeyd edib ki, 533 təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə Quba, Qusar, Qəbələ, Şamaxı və Astara rayonlarına təşkil edilmiş bir neçə günlük turlardan yararlanaraq istirahət ediblər.

Paylaşımda bildirilib ki, 168 təhsil işçisi isə "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya edib.

Qeyd olunub ki, bu cür maarifləndirici və istirahət xarakterli gəzintilər gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəkdir.