Koreyada təqaüd proqramı elan edilib
Koreya Respublikası 2027-ci il üzrə bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün “Qlobal Koreya” (Global Korea Scholarship – GKS) təqaüd proqramını elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proqrama müraciətlər 30 sentyabr 2026-cı il tarixinədək www.studyinkorea.go.kr səhifəsi vasitəsilə qəbul edilir. Səfirliyin birinci seçim mərhələsindən keçən namizədlər onlayn ərizə formalarının imzalanmış çap variantlarını və tələb olunan təsdiqedici sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.
Proqramda iştirak şərtləri, tələb olunan sənədlər və müraciət qaydası barədə ətraflı məlumat üçün elan mətninə keçid: https://htp.edu.az/.../d303de6bfb8b493a9e1f008dc8d97afe.pdf




