KUMUN 2026-da iştirak üçün müraciətlər açıq ELAN EDİLİR

19 Mart, 2026 - 16:52
KUMUN 2026-da iştirak üçün müraciətlər açıq

Xankəndidə keçiriləcək 1-ci Qarabağ Universiteti BMT Modeli Konfransı – KUMUN 2026-da iştirak üçün müraciətlər açıq elan edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının (IYDP) təşkilatçılığı və Qarabağ Universitetinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

 Tarix: 29–31 may 2026
Məkan: Qarabağ Universiteti

KUMUN 2026 gəncləri beynəlxalq diplomatiya mühitində bir araya gətirərək regional və qlobal məsələlərin müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. İştirakçılar diplomat rolunda çıxış edərək müxtəlif BMT komitələrinin simulyasiyalarında yer alacaqlar.
Konfransın işçi dili ingilis dilidir. Müraciətlər həm yerli, həm də xarici iştirakçılar üçün açıqdır.
Son müraciət tarixi: 15 aprel 2026
Müraciət üçün keçid: https://forms.gle/h5S8iYKVzNjRYhud9