Kürdəmirdə məktəbli digər şagirdə xəsarət yetirib

7 Fevral, 2025 - 12:17
Kürdəmirdə məktəbli digər şagirdə xəsarət yetirib

Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib.

Məsələ ilə bağlı Mərkəzi Aran Regoinal Təhsil İdarəsinin “Azərbaycan müəllimi”nə bildirilib ki, xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Kürdəmirdə məktəbli digər şagirdə xəsarət yetirib
Kürdəmirdə məktəbli digər şagirdə xəsarət yetirib