Lerikdə müəllim və şagirdlərlə maarifləndirici görüşlər keçirilib

24 Fevral, 2026 - 10:16
Lerikdə müəllim və şagirdlərlə maarifləndirici görüşlər keçirilib

Təhsil siyasətinin formalaşdırılması prosesində müəllim və şagirdlərin fəal iştirakının təmin edilməsi, onların fikir və təkliflərinin öyrənilməsi məqsədilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə keçirilib və açıq dialoq mühitində baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirlərdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, İctimai Şuranın katibi Günay Əkbərova, eləcə də Lerik rayonunun ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər və müxtəlif yaş qruplarını təmsil edən şagirdlər iştirak ediblər.

Maarifləndirici görüşlər zamanı ölkədə həyata keçirilən təhsil islahatları, müasir təhsil çağırışları, təhsil siyasətinin formalaşdırılmasında ictimai iştirakçılığın rolu, müəllim və şagirdlərin bu prosesdə fəallığının əhəmiyyəti geniş müzakirə edilib. 

Çıxış edənlər təhsilin davamlı inkişafı üçün sağlam dialoqun, açıq fikir mübadiləsinin və təhsil subyektlərinin, xüsusilə müəllim və şagirdlərin təşəbbüskarlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, təhsil siyasətinin real ehtiyaclara uyğun qurulması üçün birbaşa təhsil prosesinin iştirakçılarının fikirlərinin öyrənilməsi vacibdir. Bu baxımdan, maarifləndirici görüşlər müəllim və şagirdlərin mövcud problemləri, gözləntiləri və təkliflərini birbaşa paylaşmaları üçün effektiv platforma rolunu oynayır.

Görüşlərdə müəllim və şagirdlərin təklif və sualları dinlənilib, onların gələcək təhsil planları, maraq dairələri, peşə seçimləri və təhsillə bağlı gözləntiləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. İnteraktiv formatda keçən görüşlər zamanı iştirakçıların sualları cavablandırılıb, səsləndirilən fikirlər və təşəbbüslər diqqətlə qeydə alınıb.