“Tədrisdə inklüziv mühitin əhəmiyyəti” - maarifləndirici təlim keçirilib

29 Dekabr, 2025 - 15:03
“Tədrisdə inklüziv mühitin əhəmiyyəti” - maarifləndirici təlim keçirilib

Dekabrın 26-da Qəbələ rayonu üzrə ingilis dili müəllimləri, metodistlər və məktəb psixoloqları üçün “Tədrisdə inklüziv mühitin əhəmiyyəti” mövzusunda maarifləndirici təlim keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın təşəbbüsü, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Qəbələ rayonu Təhsil Sektorunun dəstəyi ilə təşkil olunub.

Tədbir Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbdə baş tutub və rayon üzrə müxtəlif təhsil müəssisələrini təmsil edən müəllimləri bir araya gətirib.

Qəbələ rayonu üzrə Təhsil Sektorunun müdiri Arifə Bayramova tədbirdə çıxış edərək inklüziv yanaşmanın təhsildə bərabər imkanların yaradılmasına xidmət etdiyini vurğulayaraq qeyd edib ki, hər bir şagirdin fərdi xüsusiyyətlərinin və ehtiyaclarının nəzərə alınması müasir tədris modelinin əsas göstəricilərindəndir. O,   müəllimlərin yalnız bilik ötürən deyil, eyni zamanda istiqamətverici və dəstəkləyici rol daşıdıqlarını bildirib, inklüziv mühitin formalaşdırılmasında pedaqoji çevikliyin, psixoloji həssaslığın və davamlı peşəkar inkişafın vacibliyinə diqqət çəkib.

Xarici dil üzrə mütəxəssis və təlimçi Günay Əkbərova çıxışında inklüziv mühitin yalnız xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün deyil, bütün şagirdlərin akademik nailiyyətlərinin və sosial bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Təlim zamanı real sinif təcrübələrinə əsaslanan nümunələr təqdim olunub, müəllimlərlə praktik yanaşmalar üzərində interaktiv müzakirələr aparılıb.

Tədbirin sonunda Günay Əkbərova tərəfindən iştirakçı müəllimlərə kitab hədiyyələri təqdim olunub. Təlim iştirakçıları görüşün faydalı və motivasiyaedici olduğunu qeyd edərək bu kimi maarifləndirici təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.