Məktəbdə İctimai Şuranın sədri ilə görüş keçirilib

27 Aprel, 2026 - 09:44
Məktəbdə  İctimai Şuranın sədri ilə görüş keçirilib

Ölkəmizdə təhsil siyasətinin uğurla həyata keçməsiində müəllimlərin böyük rolu vardır. Bu konteksdə onlarla görüşlərin keçirilməsi, onların fikir və təkliflərinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadənin aprel ayının 24-də Bakı şəhəri 18 nömrəli məktəbdə görüşü baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, sörüşün əvvəlində Hikmət Əlizadə DİM tərəfindən orta ümumtəhsil məktəblərində keçirilən buraxılış imtahanında yüksək bal toplayan şagirdlərlə görüşüb, söhbət edib. Söhbət əsnasında məktəbin şagirdi Zərbəliyeva Zəhra Polad qızının imtahanda maksimum nəticə göstərərək, 300 bal topladığı məlum olmuşdur. İctimai Şuranın sədri  şagirdlərə təhsilin əhəmiyyəti haqqında danışıb, onları yüksək nailiyyət qazanmaları münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu edib. Şagirdlər qazandıqları uğurlara görə məktəbdə yaradılmış təhsil mühitinə və məktəb müəllimlərinə minnətdar olduqlarını bildirmişlər.

Sonra məktəb müəllimləri ilə görüş baş tutub. Görüş zamanı müasir təhsil çağırışları kontekstində müəllimin rolu xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, təhsil siyasətinin real ehtiyaclara uyğun qurulmasında müəllimin fəaliyyəti  mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, müasir təlim konsepsiyalarının müəllimlər qarşısına qoyduğu tələblərə diqqət cəlb edilib, interaktiv təlimin fəlsəfəsi açıqlanıb, fənnin xüsusiyyətindən asılı olaraq, dərsdə interaktiv təlim metodlarının tətbiqi yolları müzakirə edilib, yeni təlim konsepsiyasında şagirdin şəxsiyyət kimi inkişaf imkanlarının geniş olduğu göstərilib, bu prosesdə müəllim -şagird münasibətlərinin humanistləşdirilməsinin rolu vurğulanıb.

Görüşdə məktəb rəhbərliyinin və müəllimlərin təklif və sualları dinlənilib, onların gələcək təhsil planları, təhsillə bağlı gözləntiləri haqqında ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. 

Məktəbdə  İctimai Şuranın sədri ilə görüş keçirilib
Məktəbdə  İctimai Şuranın sədri ilə görüş keçirilib
Məktəbdə  İctimai Şuranın sədri ilə görüş keçirilib
Məktəbdə  İctimai Şuranın sədri ilə görüş keçirilib