İctimai Şuranın üzvləri məktəbdə maarifləndirici seminar keçiriblər

27 Noyabr, 2025 - 10:03

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə və İctimai Şuranın katibi Günay Əkbərova Bakı şəhəri C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin pedaqoji heyəti ilə görüşərək müəllimlərin peşəkar inkişafına həsr olunmuş maarifləndirici seminar keçiriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir çərçivəsində professor Hikmət Əlizadə “Fəal interaktiv təlim metodlarının fəlsəfi və pedaqoji əsasları” mövzusunda təqdimatla çıxış edib. O, müasir dərs prosesində şagird yönümlü yanaşmanın aktuallığını vurğulayaraq innovativ təlim modellərinin təhsilin keyfiyyətinə müsbət təsirindən bəhs edib.

Daha sonra Günay Əkbərova “İnklüziv təhsil” mövzusu üzrə çıxış edərək təhsildə bərabər imkanların təmin olunması, fərdi yanaşmanın əhəmiyyəti və inklüziv mühitin formalaşdırılması haqqında iştirakçılara ətraflı məlumat təqdim edib.

Görüşün sonunda seminar iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb. Həmçinin Günay Əkbərova müəllifi olduğu kitablardan məktəbin kitabxanasına hədiyyə edərək təhsil müəssisəsinə dəstək nümayiş etdirib.