“Humanist məktəbdən humanist cəmiyyətə” mövzusunda tədbir keçirilib

9 Mart, 2026 - 19:50
“Humanist məktəbdən humanist cəmiyyətə” mövzusunda tədbir keçirilib

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əməkdaşlığı ilə “Humanist məktəbdən humanist cəmiyyətə” mövzusunda tədbir təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, 20 nömrəli məktəb-liseydə keçirilən tədbirin əsas məqsədi təhsil mühitində humanist dəyərlərin gücləndirilməsi, müəllim-şagird münasibətlərində qarşılıqlı hörmət və anlayışın təşviqi, həmçinin məktəbdən başlayaraq cəmiyyətə müsbət sosial münasibət modelinin formalaşdırılması məsələlərinin müzakirəsi olub.

Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə humanist yanaşmanın müasir təhsil sistemində xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq məktəbin yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyət formalaşdıran sosial mühit olduğunu qeyd edib.

Daha sonra çıxış edən əməkdar müəllim Asif Cahangirov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev təhsildə sağlam psixoloji mühitin yaradılması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sosial məsuliyyət ruhunda yetişdirilməsinin vacibliyindən danışıblar.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova çıxışında sinif mühitində humanist münasibətlərin formalaşdırılmasının müəllimin peşəkar yanaşması, empatiya və effektiv ünsiyyət bacarıqları ilə birbaşa bağlı olduğunu bildirib. Qeyd olunub ki, məktəbdə qurulan sağlam münasibətlər gələcəkdə daha tolerant və məsuliyyətli cəmiyyətin formalaşmasına mühüm təsir göstərir.

Tədbirdə mediatorlar Vəfa Seyfullayeva və Azərbaycan Dillər Universitetinin dekanı, mediator Bənövşə Məmmədova da çıxış edərək məktəblərdə dialoq mədəniyyətinin inkişafı, konfliktlərin konstruktiv həlli və mediasiya yanaşmasının əhəmiyyətindən bəhs ediblər.

Görüş çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, məktəblərdə humanist yanaşmanın gücləndirilməsi istiqamətində praktiki təkliflər səsləndirilib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.