Mingəçevir məktəbində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

30 Yanvar, 2026 - 15:10
Mingəçevir məktəbində İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Mingəçevir şəhər 18 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, təxminən 200 nəfərə yaxın müəllim və şagirdin iştirak etdiyi tədbirdə İctimai Şuranın üzvləri – sədr Hikmət Əlizadə, sədr müavini Pərvanə Məmmədova və katib Günay Əkbərova, həmçinin Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edib.

Görüşdə Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək belə görüşlərin məktəb mühitində motivasiya, maarifləndirmə və şagird–müəllim–ictimaiyyət dialoqunu gücləndirməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, məktəblilərin təhsildə aktivliyi, şəxsi inkişafı və gələcək hədəflərini düzgün müəyyənləşdirməsi üçün bu tip görüşlərin faydasını diqqətə çatdırıb.

İctimai Şuranın sədri Hikmət Əlizadə çıxışında məktəb icması ilə birbaşa ünsiyyətin, təhsildə ictimai nəzarət və ictimai dəstək mexanizmlərinin rolundan danışıb. O qeyd edib ki, İctimai Şura təhsil müəssisələrində yaradıcı mühitin formalaşması, sağlam təhsil iqliminin möhkəmləndirilməsi və şagirdlərin maarifləndirilməsi istiqamətində təşəbbüsləri dəstəkləyir, məktəblərdə səsləndirilən fikirlərin və təkliflərin dinlənilməsi isə real ehtiyacların düzgün müəyyənləşdirilməsinə imkan yaradır.

Sədr müavini Pərvanə Məmmədova çıxışında təhsilin yalnız bilik ötürülməsi olmadığını, həm də dəyərlər, vətəndaşlıq mövqeyi, məsuliyyət və sosial bacarıqların formalaşdırılması ilə sıx bağlı olduğunu bildirib. O xüsusilə şagirdlərin özünüifadə, əməkdaşlıq, komanda işi, ünsiyyət və təqdimat bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edərək məktəblərin bu istiqamətdə rolunun genişləndiyini vurğulayıb.

İctimai Şuranın katibi Günay Əkbərova isə şagirdlərin təhsil prosesində fəallığının artırılması, məktəb–valideyn–müəllim əməkdaşlığının gücləndirilməsi və maarifləndirici mühitin davamlı təşkili məsələlərinə toxunub. O, şagirdlərin sual verməkdən çəkinməməsinin, fikirlərini sərbəst bildirməsinin və müzakirələrdə iştiraka həvəsləndirilməsinin təlim nəticələrinə müsbət təsir göstərdiyini bildirib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında gənclərlə birbaşa dialoqun əhəmiyyətini vurğulayaraq, şagirdlərin gələcək həyat planlamasında təhsilin rolundan, düzgün məqsəd seçiminin önəmindən, oxu vərdişlərinin formalaşdırılmasının və şəxsi inkişafın vacibliyindən danışıb. O, gəncləri daha çox oxumağa, dünyagörüşlərini genişləndirməyə, öz üzərilərində davamlı işləməyə və müasir çağırışlara uyğun bacarıqlar əldə etməyə çağırıb.

Tədbir interaktiv formatda davam edib. Müəllim və şagirdlərlə diskussiya zamanı müxtəlif mövzularda suallar səsləndirilib, iştirakçılar təhsil mühitində motivasiya, şagirdlərin peşə seçimləri, sosial şəbəkələrin təsiri, vaxtın idarə olunması, məsuliyyət və şəxsi intizam kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qonaqlar səsləndirilən sualları cavablandırıb, şagirdlərin maraq dairəsinə uyğun tövsiyələr verib, müəllimlərin də fikirləri dinlənilib.